AZ EN RU

Buraxılış imtahanı keçirilib

Martın 10-da Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Naxçıvan Muxtar Respublikasında imtahan bütün bölgələri əhatə etməklə 15 binada təşkil edilib. İmtahanda, ümumilikdə, 3489 şagird iştirak edib. İmtahanın idarə olunmasına 44 rəhbər, 356 nəzarətçi cəlb edilib. 3 saat davam edən imtahanın yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılıb.

Nəşr edilib : 10.03.2024 14:01