AZ EN RU

Buraxılış imtahanı keçirilib

     Martın 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahan  respublikanın 17 şəhər və rayonunda təşkil edilib. 26 min 697 şagirdin iştirak etdiyi imtahanın aparılması üçün, ümumilikdə, 124 imtahan binası, 2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi-müəllim, 249 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi ayrılıb.
    Naxçıvan Muxtar Respublikasında imtahanlar Naxçıvan şəhəri də daxil olmaqla, 7 rayonda, ümumilikdə, 14 imtahan binası və 250 zalda təşkil edilib. İmtahan saat 1100-da başlanıb, 3 saat davam edib. 2984 şagirdin iştirak etdiyi imtahana 37 rəhbər, 299 nəzarətçi cəlb olunub. 
    İmtahanlarda istifadə olunan, yazılı cavab tələb edən açıqtipli tapşırıqların yoxlanılması prosesi ilə əlaqədar nəticələrin aprelin 8-dək elan olunması nəzərdə tutulub.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 14.03.2022 20:35