AZ EN RU

Builki “TEKNOFEST”ə 1 milyon 630 min nəfər müraciət edib

Ötən il 1 milyon iştirakçının qatıldığı dünyanın ən böyük Aerokosmik və Texnologiya Festivalı olan “TEKNOFEST”ə bu il 1 milyon 630 min nəfər müraciət edib.
 Bu il Türkiyənin Adana şəhərində keçiriləcək “TEKNOFEST 2024”də iştirak etmək üçün müraciət edən komandaların sayı isə 788 min 161-dir. Ötən il festivalda 337 min 744 komanda mübarizə aparıb.
Festival bu il 46 əsas və 117 alt kateqoriya üzrə texnologiya yarışlarına ev sahibliyi edəcək.
Qeyd edək ki, “TEKNOFEST” fəaliyyət göstərdiyi altı il ərzində doqquz festival keçirib. İlk ildən bəri təxminən 10 milyon ziyarətçini qəbul edən festival 2018, 2019 və 2021-ci illərdə İstanbulda, 2020-ci ildə Qaziantepdə, 2022-ci ildə isə Samsun və Bakıda təşkil olunub.

Nəşr edilib : 26.03.2024 12:59