AZ EN RU

Bugün Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzovun doğum günüdür

Paşa Təhməzov 23 mart 1949-cu il ildə Lənkəran şəhərində doğulub. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirdikdən sonra Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında əmək fəaliyyətinə usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə Paşa Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində Paşa Təhməzov qəhrəmancasına şəhid olur.

Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, "23 Avqust" meydanında büstü qoyulmuşdur. 

Ailəli idi. Üç övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Hörmət və qürurla anırıq!

Nəşr edilib : 23.03.2024 11:17