AZ EN RU

Bu yeni il bambaşqa olacaq!

Mövsüm qış olsa da, Naxçıvan həmişəki kimi al-əlvandır. Yeni ili qarşılamaq üçün doğma diyar artıq bayram libasını geyinib. Şəhərin hər yerində yeni il təmtərağı insana əsl bayram əhval-ruhiyyəsi yaşadır. Zövqlə bəzənən yeni il ağacları Naxçıvanın gözəlliyinə gözəllik qatır. Şəhərin mərkəzində ucalan rəngarəng zəfər yolkası isə sanki, 30 il bundan öncə başlanan birliyimizin, bütövlüyümüzün rəmzini ifadə edir. Yolkanın ətrafında əsl bayram ab-havası duyulur.

Son günlər Naxçıvana yolu düşən hər kəs özünü  festivallar şəhərindəki kimi  hiss edir. Haqlıdırlar! Çünki, Naxçıvanda son zamanlar keçirilən bir-birindən maraqlı festivallar bunu deməyə əsas verir. Eləcə də, 25 Dekabr-7 Yanvar tarixlərində Naxçıvanda ilk dəfə keçirilən  “Snowfest”  qış festivalı

Naxçıvan daha bir ili yenilənmə və tərəqqi ili kimi geridə qoyur. Doğma diyarımızın inkişafı naminə atılan addımlar hər birimizi qəlbən sevindirir. Sözsüz ki, bu uğurların əsasında qüdrətli Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində, bütün sahələrin inkişafına göstərdiyi diqqət sayəsində Naxçıvan da 2023-cü ili uğurla başa vurur. Ölkə başçısının Naxçıvanın çiçəklənməsi uğrunda ən mühüm qərarlarından biri də 2022-ci ilin elə bu ayında muxtar respublikada yeni idarəetmə sisteminin formalaşdırılması istiqamətində atdığı addım idi. Naxçıvanda müasir idarəetmə mexanizminin formalaşması metodunun tətbiq olunması ilə 2023-cü ilin  ulu diyarımıza daha böyük uğurlar gətirdiyinin şahidiyik. Elə buna görə də hər birimiz daha xoş əhval-ruhiyyə ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili qarşılayırıq. Şəhərimiz əsl bayram ovqatı yaşayır. İnsanların üzü gülür bu ovqatdan...

Biz artıq 3 ildir ki, Həmrəylik Günü və Yeni il bayramını qalib xalq, qalib ölkə kimi qeyd edirik. Qalibiyyətimizi və zəfərimizi isə həmrəyliyimizə, birliyimizə borcluyuq. Əminik ki, 44 gündə 30 ilin işğalına son qoyan BütövAzərbaycanı qarşıda daha böyük uğurlar gözləyir. İnanırıq ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, qüdrətli iqtisadiyyat, güclü ordu və xalq birliyi, bir amal uğrunda həmrəylik, mübarizlik əhvali-ruhiyyəsi sayəsində 2024-cü ildə ölkəmiz diplomatiya arenasında növbəti zəfər sevincini yaşayacaq, səs-sədamız Qərbi Azərbaycandan duyulacaq!

          Gülcamal TAHİROVA

Nəşr edilib : 25.12.2023 14:15