AZ EN RU

Bu tədbir o torpaqlara qayıdışımızı özündə əks etdirir

"Qərbi Azərbaycana qayıdış"  festival-konqresində,  Batabat yaylağında bəstəkar,  Azərbaycan Respublikasının Xalq artisti,  Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi öz təəssüratlarını "Şərq qapısı"na danışdı: – Bu festivalın ikinci dəfə təşkil olunmasına baxmayaraq, mən buraya ilk dəfədir ki, gəlirəm və sizə onu da deyim ki, çox gözəl təşkil olunmuş bir tədbirdir. Ona görə gözəldir ki, həm qərbi azərbaycanlıların konqresi, həm də festival keçirilir. Bu festival-konqresin keçirilməsi çox təqdirəlayiqdir. Əziyyəti olan hər bir kəsə təşəkkürlərimi bildirirəm. Bu gün burada müxtəlif universitetlərin rektorları, nazirliklərin əməkdaşları, Naxçıvan rəhbərliyi və başqa mötəbər qonaqlar toplaşıb. Bu tədbir bir vaxtlar Azərbaycanın tərkibində olan, azərbaycanlıların məskunlaşdığı torpaqlara qayıdışımızı özündə əks etdirən vacib bir tədbirdir. Mən də özümü çox xoşbəxt hiss edirəm ki, bu gün bu tədbirdə iştirak edirəm.

Nəşr edilib : 22.06.2024 14:45