AZ EN RU

Bu iş ölkə rəhbərliyinin nəzarətindədir

Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. Bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib. O deyib ki, ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq: "Cənab Prezident və Birinci Vitse-prezidentin tapşırığı ilə hadisə yerindəyik. Bu iş ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı aidiyyəti maddələri ilə cinayət işi başlanıb".

O  həmçinin qeyd edib ki, növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib:

“Təbii ki, qısa müddətdə yanğının digər şöbələrə keçməsinin qarşısı alınıb. Lakin təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində küvəz aparatlarında olublar. Bizə bütün hadisələri diqqətlə araşdırmağımız üçün vaxt lazımdır. Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq. Bütün zərərçəkmişlərə, hazırda müalicə alanlara şəfa diləyirik”.

Nəşr edilib : 09.01.2024 12:36