AZ EN RU

Bu ilin üç ayında uşağın anadan olmasına görə 24,5 mindən çox valideynə ödəniş edilib

2024-cü ilin yanvar-mart ayları ərzində 24 min 564 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dünyaya gələn uşaqların 11 min 592 nəfəri qız, 12 min 972 nəfəri isə oğlandır.

Nəşr edilib : 11.04.2024 21:03