AZ EN RU

Bu ilin ilk üç ayında 828 əkiz, 39 üçəm doğulub

Bu ilin ilk üç ayında Azərbaycanda 24 min 526 körpə dünyaya gəlib, onlardan 828-i əkiz, 39-u üçəmdir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, körpə doğumu ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə münasibətdə azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.

Nəşr edilib : 16.05.2024 13:40