AZ EN RU

Bu ilin ikinci Günəş tutulması başlayıb

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək

Bu ilin ikinci Günəş tutulması başlayıb.

BDU-nun Astrofizika kafedrasından bildirilib ki, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.

Nəşr edilib : 25.10.2022 15:58