AZ EN RU

Bu ilin 5 ayında xaricə qaz satışı 3 faizdən çox artıb

Yanvar-may aylarında Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard qaz ixrac olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu dövrdə TANAP-la Türkiyəyə 2,3 milyard kubmetr qaz nəql edilib.

"Bu ilin 5 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,4 faiz çoxdur", - məlumatda qeyd olunub.

Nəşr edilib : 11.06.2024 14:35