AZ EN RU

Bu il Naxçıvan idmançıları keçirilən turnirlərdə 225 medal qazanıblar

"Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aid təşkilatlarla birgə 2023-cü ildə 222-si gənclərlə iş, 144-ü idman sahəsində olmaqla, ümumilikdə 366 tədbir keçirib. Bu tədbirlərdə 15 mindən çox (15.098) uşaq, yeniyetmə və gənc iştirak edib"

Bunu gənclər və idman sahəsində ilin yekunları ilə bağlı tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov deyib. O, bildirib ki, geridə qoyacağımız ildə idmançılarımız bir sıra uğurlara da imza atıb: "İdmançılarımız 2023-cü ilin ötən dövrü ərzində ölkəmiqyaslı yarışlarda 153, beynəlxalq turnirlərdə 62, Avropa çempionatlarında  6, dünya çempionatlarında 4 olmaqla, ümumilikdə 225 medal qazanıblar. Medallardan 67-si qızıl, 67-si gümüş, 91-i isə bürüncdür. Bir idmançımız Avropa çempionu, biri isə dünya çempionu olmağı bacarıb".

Nəşr edilib : 28.12.2023 16:41