AZ EN RU

Bu il muxtar respublikada 70 hektar sahədə tütün əkilib

    İqtisadi gəlirliliyinə görə seçilən tütünçülük son illərdə muxtar respublikada sürətlə inkişaf etdirilən sahələrdəndir.  2017-ci ildən başlayaraq “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının Kəngərli  rayonundakı Tütün Yetişdirmə Təsərrüfatında yetişdirilən tütün şitilləri, əsasən, Kəngərli, Şərur və Babək rayonlarında əkilir. İldən-ilə əkin sahələrinin artırıldığı muxtar respublikada ötən il 50 hektar sahədən 94 ton quru tütün istehsal olunub. 
    Tütün əkini cari ildə də uğurla aparılıb. Belə ki, əkin işlərinə aprel ayının ikinci ongünlüyündə başlanılıb. Torpaq mülkiyyətçiləri ilə bağlanmış müqavilələrə görə şitillər vaxtında sahələrə daşınıb və əkin prosesi mütəşəkkilliklə həyata keçirilərək yekunlaşdırılıb. Tütün Yetişdirmə Təsərrüfatından aldığımız məlumata görə, bu il Şərur rayonunda 7, Babək rayonunda 9, Kəngərli rayonunda isə 54 hektar olmaqla, ümumilikdə, 70 hektar sahədə tütün əkini aparılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.05.2022 18:42