AZ EN RU

Bu günki festivalın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev:  – Bu gün  Zəngəzur Milli parkında təşkil olunan festival-konqresin məna və mahiyyəti daha da dərindir. Çünki Batabat yaylağı Ermənistanla sərhəddə yerləşir. Bu dağların arxasında bizim əzəli torpaqlarımız var. Festivalda müxtəlif folklor nümunələrinin, Qərbi Azərbaycan mətbəxinin ləziz təamları nümayiş olunacaq. Canlı toy adət-ənənələrinə şahidlik edəcəyik. Burada Qərbi Azərbaycanın mahallarını əks etdirən çadırlar qurulub. Hər bir çadırda həmin mahala aid əşyalar sərgilənir. Azərbaycanın hər yerindən və qardaş Türkiyə Respublikasından qonaqlarımız var. Festival-konqres iki gün davam edəcək.

Nəşr edilib : 21.06.2024 12:41