AZ EN RU

Bu gün Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 ili tamam olur

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olub. O, Asəf Zeynallı adına musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsili alıb. Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatında, Dövlət Televiziya şirkətində, Azərbaycan Dövlət Koservatoriyasında çalışıb. Bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Ramiz Mirişli “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adları, “Şərəf” ordeni ilə təltif edilib.
Tanınmış bəstəkar 2015-ci ildə vəfat edib.

Nəşr edilib : 16.04.2024 10:43