AZ EN RU

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. İmtahan respublikanın 25 şəhər və rayonunda təşkil olunacaq. İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 203 imtahan binası, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb. İmtahanda 46 min169 şagirdin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 17 binada təşkil ediləcək imtahanlarda, ümumilikdə 4607 şagird iştirak edəcək. 384 zalda keçiriləcək imtahanın idarə olunmasına 59 rəhbər, 458 nəzarətçi cəlb ediləcək. 
İmtahan saat 11:00-da başlanacaq.  İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Nəşr edilib : 21.04.2024 09:23