AZ EN RU

Bu gün Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən aksiya təşkil edilib

    Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən aksiya təşkil edilib.
    Naxçıvan şəhərinin mərkəzində qurulan tibbi çadırda exspres testlərlə anonim kütləvi virus yoxlaması aparılıb. Aksiyada ilk olaraq Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı iştirak ediblər. Eyni zamanda yerli sakinlər də QİÇS-lə mübarizə üçün keçirilən aksiyada iştirak edib, onlar həkimlər tərəfindən məlumatlandırılıblar.
    Pəri Əliyeva – Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi: – Bu gün 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu günlə əlaqədar “Cahan” Ticarət Mərkəzinin qarşısında aksiya keçirdik. Bu aksiyada müxtəlif broşürlər paylayaraq vətəndaşları məlumatlandırmağa çalışdıq. Bu maarifləndirmə tədbirləri ilə yanaşı, həm də qurduğumuz çadırda ekspres testlər vasitəsilə virus infeksiyalarının yoxlanılmasını həyata keçirdik. QİÇS-lə mübarizə günü ilə bağlı tədbirlər Azərbaycanda uzun illərdir, davam edir. Biz çalışacağıq ki, muxtar respublikada da belə tədbirləri keçirərək insanların maarifləndirilməsini təmin edək. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 01.12.2023 10:14