AZ EN RU

Bu gün Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı keçirilib

İyunun 21-də 2024-2025-ci tədris ili üçün  Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı keçirilib.

Heydər Əliyev adına tam orta məktəbdə keçirilən imtahanda  Vl sinifi bitirən 247 oğlan şagird iştirak edib.
Şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında ümumilikdə 60 sual  təqdim olunub və 150 dəqiqə vaxt ayrılıb.

Məlumat üçün bildirək ki, liseyə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq.

İmtahan nəticələri 10 gün ərzində elan olunacaq.

Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.

Qeyd edək ki, muxtar respublikada ilk dəfə  liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.
   

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2024 15:40