AZ EN RU

Bu gün “O Naxçıvandır” mahnısı ilə məşhur olan Abdulla Babayevin 100 yaşı tamam olur

Bu gün Xalq artisti Abdulla Babayevin anadan olmasının 100 ili tamam olur.
Abdulla Babayev 1924-cü il aprelin 1-də Babək rayonunda anadan olub.
O, Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərib. Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi tanınıb. “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnılarını ifa edib. Sənətkar müxtəlif ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərib. Abdulla Babayev “Xalq artisti” fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü olub. Abdulla Babayev 2015-ci ildə vəfat edib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün Naxçıvan Dövlət Milli Dram Teatrında Xalq artistinin xatirə gecəsi keçiriləcək.

Nəşr edilib : 01.04.2024 11:27