AZ EN RU

Bu gün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib

İyunun 23-də 2024-2025-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə  qəbul imtahanı keçirilib.
Heydər Əliyev adına tam orta məktəbdə keçirilən imtahanda  lV sinifi bitirən 261 qız  şagird iştirak edib.
Şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında ümumilikdə 45 sual  təqdim olunub və 90 dəqiqə vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, liseyə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq.
İmtahan nəticələri 10 gün ərzində elan olunacaq.
Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə  liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.

 

Nəşr edilib : 23.06.2024 14:18