AZ EN RU

Bu gün Naxçıvan Dövlət Universitetində ilk dərsi qəhrəman şəhidlərimizin ata və anaları tədris ediblər

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Dövlət Universitetində gənc nəslin vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün Qarabağ fatehləri, şəhid valideynləri ilə görüşlər təşkil edilir. Şəhidlərin xatirəsinin  əbədiləşdirilməsi üçün  müxtəlifyönümlü tədbirlər həyata keçirilir.

Qeyd  edək ki,  bu gün  2023-2024-cü tədris ilinin ikinci semestri başlayıb. Təhsil ocağında bu ilin ilk dərsini qəhrəman şəhidlərimizin ata və anaları tədris ediblər. Onlar Vətənin bir qarış torpağı üçün canından keçən igid övladlarının döyüş yolu barədə tələbə-gənclərə məlumat veriblər.

Nəşr edilib : 16.02.2024 11:59