AZ EN RU

Bu gün muxtar respublika üzrə 3500-ə yaxın şagirdin buraxılış imtahanında iştirakı nəzərdə tutulur

Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərindən 3500-ə yaxın  şagirdin  iştirakı nəzərdə tutulur
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.  Muxtar respublika üzrə 15 mərkəzdə təşkil olunan imtahanda 3500-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur. 
İmtahan saat 11:00-da başlanacaq.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

Nəşr edilib : 10.03.2024 09:59