AZ EN RU

Bu gün Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının Şurasının iclası keçiriləcək

Dekabrın 5-də Rusiyanın paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirə Azərbaycanla yanaşı İran, Qazaxıstan və Türkmənistan nümayəndələri qatılacaq.

Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Nəşr edilib : 05.12.2023 09:32