AZ EN RU

Bu gün IX sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi dayandırılır

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da IX sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi dayandırılır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib.

Nəşr edilib : 15.03.2022 11:18