AZ EN RU

Bu gün ingilis dili müəllimlərinin sertifikatlaşdırılması prosesi keçirilir

İyunun 22-də ümumölkə üzrə ümumi təhsil müəssisələrində ingilis dili tədris edən müəllimlər üçün sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilir. 
Naxçıvanda da təşkil edilən sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin  birinci seansında 48 müəllim iştirak edir.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan ediləcək.
 Qeyd edək ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
İmtahanda iştirak edən bütün təhsilverənlərə uğurlar arzulayırıq

Nəşr edilib : 22.06.2024 18:23