AZ EN RU

Bu gün Finlandiyada prezident seçkilərinin birinci turu start götürür

Dövlət başçısı vəzifəsi uğrunda doqquz namizəd mübarizə aparır, lakin yalnız iki favorit var - keçmiş baş nazir Aleksander Stubb və keçmiş xarici işlər naziri Pekka Haavisto. Seçkilərdə təxminən 4,55 milyon nəfərin səsvermə hüququ var (ölkə əhalisi 5,56 milyon nəfərdir). Seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) açılacaq və saat 20:00-a (Bakı vaxtı ilə 22:00) qədər açıq olacaq. Erkən səsvermə yanvarın 17-23-də keçirilib və seçicilərin 44,7 %-i iştirak edib. Seçkinin nəticələri günün sonuna kimi bəlli olacaq. Namizədlərdən biri qalib gələrsə, fevralın 1-də yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, ən yüksək nəticə göstərən iki namizəd fevralın 11-də keçiriləcək ikinci tura keçəcək. Qeyd edək ki, Finlandiyada prezident altı il müddətinə seçilir.

Nəşr edilib : 28.01.2024 11:20