AZ EN RU

Bu gün Azərbaycanda İnşaatçılar Günüdür

Artıq 15 ildir aprelin 10-u Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur.
 Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə inşaatçılar hər il aprelin 10-unu peşə bayramı kimi qeyd edirlər.
Azərbaycanda inşaatın və memarlığın zəngin tarixə malik olması, XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə başlayan tikinti işlərinin geniş vüsət alması, həmin dövrdə tikilən və bu gün də memarlıq abidələri kimi qorunan yaşayış binaları, hazırda özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirən, dünyanın ən gözəl şəhərlərindən biri olan paytaxt Bakını çətin və şərəfli əməyin bariz nümunəsinə çevirib.
Bu gün inşaatçılar peşə bayramlarını azad, tam suveren və bütöv Azərbaycanın hər guşəsində fəxrlə qeyd edirlər. Azərbaycanın şanlı Ordusunun düşmənlə mübarizədə qazandığı Zəfərdən sonra Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ və Şərqi Zəngəzur hazırda başdan-başa nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrilib.

Nəşr edilib : 10.04.2024 10:37