AZ EN RU

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 35 min 481 doza vaksin vurulub

Martın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 35 min 481 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2 min 5, ikinci doza vaksinlərin sayı 2 min 71, üç və daha çox doza vaksinlərin sayı – 29 607, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 min 798.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 17 min 868, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 300 min 633, ikinci mərhələ üzrə 4 milyon 786 min 953, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 724 min 169, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 206 min 113-dür.

Nəşr edilib : 01.03.2022 16:50