AZ EN RU

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 34 min dozaya yaxın vaksin vurulub

Martın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 33 min 853 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1948, ikinci doza vaksinlərin sayı 1800, üç və daha çox doza vaksinlərin sayı – 28 376, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1729.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 51 min 721, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 302 min 581, ikinci mərhələ üzrə 4 milyon 788 min 753, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 752 min 545, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 207 min 842-dir.

Nəşr edilib : 02.03.2022 17:59