AZ EN RU

Bu gün Adanadan Azərbaycana təxliyə avtobusu yola düşəcək

Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Azərbaycana təxliyə olunacaq.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Təxliyə avtobusu bu gün, fevralın 9-da saat 17:00-da Adana avtovağzalından Azərbaycana yola düşəcək.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Nəşr edilib : 09.02.2023 15:18