AZ EN RU

Bu gün 9 minə yaxın müəllim imtahan verir

İyunun 21-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilir.

Sertifikatlaşdırma prosesinin test imtahanının ilk gününə 9 minə yaxın müəllim dəvət edilib.

Bu gün baş tutan imtahanlarda riyaziyyat müəllimlər iştirak edirlər.

Sertifikatlaşdırma prosesinin növbəti günlərində xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.

Qeyd edək ki, proses iyunun 21-də, 22-də və 24-də baş tutacaq.

Cari ildə 30 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.

Nəşr edilib : 21.06.2024 10:13