AZ EN RU

Britaniya səfiri: Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri alqışlayırıq

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bu barədə o “X” platformasında paylaşım edib.

“Müstəqilliyin bərpası günün mübarək, Azərbaycan! Bu əlamətdar gündə biz Azərbaycan xalqının möhkəmliyini və əldə etdiyi nailiyyətləri alqışlayırıq. Gəlin daha parlaq və dinc gələcək üçün Britaniya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirək”, - paylaşımda vurğulanıb.

Nəşr edilib : 18.10.2023 15:48