AZ EN RU

BQXK Yaxın Şərqdə qalmış azərbaycanlılara qohumları ilə əlaqə saxlamağa şərait yaradıb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Yaxın Şərqdə qalmış azərbaycanlılara qohumları ilə əlaqə saxlamağa şərait yaradıb.

Bu barədə qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar-iyun ayı ərzində (BQXK) münaqişə ilə bağlı 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb. Həmin müddətdə 24 başçəkmə (11 saxlanma məntəqəsində) məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün həyata keçirilib. Eyni zamanda 13 Qızıl Xaç məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.

Bundan başqa, 1500 xəbərdarlıq nişanı minalanmış əraziləri işarələmək üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) ianə edilib.

Eyni zamanda BQXK texniki tövsiyələrini bölüşməkdə və fərqli ləvazimatların ianəsi vasitəsilə 3 rayonda aparılmış ekshumasiya layihələrinə dəstək göstərib.

Təlim keçmiş sirdaşlar şəbəkəsi üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təmsilçilərinin iştirakı ilə 2 təlim təşkil edilib.

Bu ilin yanvar-iyun ayı ərzində 946 pxisoloji dəstək sessiyası BQXK-nin təlim keçdiyi psixoloqlar tərəfindən ehtiyacı olan uşaqlar və böyüklər üçün həyata keçirilib. Həmin müddətdə 4068 şəxs həyat şəraitinə dəstək olmaq üçün icra edilən layihələrdən bəhrələnib. Bundan əlavə, 2901 şəxs həyat şəraitinə dəstək olmaq üçün icra edilən layihələrdən bəhrələnib.

Nəşr edilib : 17.10.2023 10:05