AZ EN RU

BQXK-nın avtomobilləri Laçın istiqamətinə maneəsiz keçib

Ekoaksiyanın iştirakçıları fevralın 8-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus dörd minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Nəşr edilib : 08.02.2023 09:55