AZ EN RU

BQXK: "Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir"

"Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir".

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O, Azərbaycanın mina problemi ilə üzləşməsindən təəssüfləndiyini bildirib: "Mina qurbanlarına yardım çox vacibdir. Onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz öz dəstəyimizi Ombudsman Aparatına göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaqdır".

Nəşr edilib : 04.12.2023 10:48