AZ EN RU

BQXC-nin müşaiyəti ilə Xankəndidən gedən erməni Ermənistanda həbs edilib

Beynəlxalq Qırımız Xaç Cəmiyyətinin (BQXC) müşayiəti Azərbaycanın Xankəndi şəhərindən Ermənistana aparılan Sarkis Qalstyanı həyat yoldaşı ilə birlikdə Gorusda saxlayıblar.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, bu il martın 29-da onlar BQXC-nin müşayiəti ilə Ermənistana gediblər.

Bildirilib ki, martın 30-da Sarkis Qalstyana qarşı “casusluq” ittihamı ilə cinayət işi başlanıb.

O, işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.

Nəşr edilib : 03.04.2024 16:46