AZ EN RU

Böyük Britaniyanın XİN rəsmisi Azərbaycanda səfərdədir

Böyük Britaniyanın XİN nümayəndəsi Kris Allan Bakıya gəlib.

 Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"də yazıb.

"XİN nümayəndəsi Kris Allanı ilk dəfə Bakıda qarşılamaqdan çox məmnunam. Biz ikitərəfli əlaqələri gücləndirmək üçün hökumət rəsmiləri ilə səmərəli müzakirələr apardıq. Əməkdaşlıq imkanlarını araşdırmaq üçün beyin mərkəzləri ilə şam yeməyi günümüzün yaxşı sonluğu oldu", - o qeyd edib.

Nəşr edilib : 01.02.2024 11:19