AZ EN RU

Borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı Mülki Prosessual Məcəlləyə əlavələr edilir

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təklif edilir.

 Bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sənəd layihəsinə əsasən, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq “borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri” ifadəsinin əlavə edilməsi nəzərdə tutulur.

Eyni zamanda, Məcəlləyə əlavə edilən 231.3-1-ci maddənin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən icra məmurunun təqdimatlarına və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə baxılmasının konkret müddətlərinin müəyyən edilməsi nəzərdə tutulur. Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrə icraatın dayandırılması, borclunuq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onun daxil olduğu gündən 10 iş günü ərzində baxılması təklif edilir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Nəşr edilib : 16.02.2024 12:05