AZ EN RU

“BOOKFEST”in sonuncu günündə erkən nikahın fəsadları müzakirə edilib

Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində keçirilən Kitab festivalının 4-cü günündə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev panel-müzakirədə iştirak edib. 11 may 2024-cü il tarixdə İlhamə Novruzovanın moderatorluğunda keçirilən müzakirənin mövzusu "Erkən nikahın gələcəyimizə vurduğu zərbə və psixoloji təsirləri" olub. Panel-müzakirədə psixoloq Ayxan Hüseynzadə də iştirak edib. Müzakirə zamanı erkən nikahın yolverilməzliyi və fəsadları barədə danışılıb, Komitə tərəfindən aid qurumlarla birlikdə bu istiqamətdə görülmüş qabaqlayıcı və maarifləndirici tədbirlərin əhəmiyyətli nəticələri qeyd edilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2024 21:19