AZ EN RU

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb.
Bu barədə Boliviya TV-də yayımlanan mətbuat konfransında ölkənin daxili işlər naziri Karlos del Kastilyo məlumat verib.

“Təəssüf ki, doqquz yaralı haqqında məlumatımız var. Digər xəstəxanalarda da qurbanların olub-olmadığını bilmirik”, - deyə nazir bildirib.

Nəşr edilib : 27.06.2024 09:04