AZ EN RU

Bölgələrdə idmanın inkişafına dəstək artırılır

    Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı prioritet istiqamətlərdəndir. Ölkəmiz bu sahədə görülən işlər və qazanılan nailiyyətlər sayəsində beynəlxalq idman aləminin rəğbətini qazanıb. Prezident cənab İlham Əliyevin 2022-ci ilin idman yekunları ilə bağlı tədbirdə səsləndirdiyi tövsiyə və tapşırıqları  ilə bu sahədə yeni istiqamətlər müəyyənləşdirilib.  
    Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu yöndə işlər görülür, gənc nəslin sağlamlığının qorunması və onların idmana cəlbi diqqətdə saxlanılır. Bunun davamı kimi Babək rayonunun Nehrəm qəsəbəsində özəl investisiya əsasında fəaliyyət göstərən idman zalında sərbəst güləş məşqlərinə start verilib.  Kütləviliyə zəmin yaradılması, məşqlərin effektivliyi və keyfiyyətinin artırılması, o cümlədən  idmanda sahibkarlıq  fəaliyyətinin dəstəklənməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi tərəfindən  bura müasir güləş xalçası dəsti və məşqçi-müəllimlə təmin olunub.
    Qeyd edək ki, ümumi sahəsi 510 kvadratmetr olan idman zalında hazır­da 2 məşqçinin rəhbərliyi ilə 40-dan çox yeniyetmə və gənc güləşlə məşğuldur. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 26.01.2023 19:22