AZ EN RU

Boksçumuz ölkə birincisi olub

    Bakı Boks Mərkəzində yeniyetmələr arasında boks üzrə Azərbaycan çempionatı keçirilib. Bir həftə davam edən yarışda 66 komandanın 326 boksçusu iştirak edib. 
    Muxtar respublikamız Naxçıvan Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyevin rəhbərliyi ilə 2 məşqçi və 8 idmançı ilə təmsil olunub. Boksçularımızdan yalnız biri sonadək irəliləyə bilib. Belə ki, Elbrus Kərimli 54 kiloqram çəki dərəcəsində qarşılaşdığı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı medal və diplomla təltif edilib.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.11.2022 20:40