AZ EN RU

Boksçuların mübarizəsində qaliblər bəlli olub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində böyüklər və gənclər arasında boks üzrə Naxçıvan Muxtar Respublika Çempionatına yekun vurulub. Gənclər və İdman Nazirliyi və Naxçıvan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 12 çəki dərəcəsi üzrə 35 boksçu medallar uğrunda mübarizə aparıb.

İki gün davam edən birinciliyin qalibləri bu gün keçirilən final görüşlərinin nəticələri əsasında müəyyənləşib. Ucal Musayev (48 kiloqram), Hüseyn Məmmədzadə (54 kiloqram), Alişan İsmayılov (57 kiloqram), Ayxan Heydərov (60 kiloqram), Abbasəli Nəcəfli (63,5 kiloqram), Nazim Abazərli (67 kiloqram), Asim Əliyev (71 kiloqram), Ruslan Yusifov (75 kiloqram), Kənan Allahverdiyev (80 kiloqram), Elvin Quliyev (86 kiloqram), Ramiz Tarverdiyev (92 kiloqram) və Bayram Allahverdiyev (92+ kiloqram) müvafiq çəki dərəcələrində qalib olublar.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

 mətbuat xidməti

Nəşr edilib : 23.10.2023 09:30