AZ EN RU

Boksçularımız Gürcüstandan medallarla qayıdır

    Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Azərbaycan, Gürcüstan, Özbəkistan, İsrail və Latviya milli komandalarının qatıldığı yarışda idmançılarımız uğurla çıxış edərək, ümumilikdə, 13 medal qazanıblar. Belə ki, baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada təmsilçilərimizdən 3-ü qızıl, 2-si gümüş və 8-i bürünc medal əldə edib. 
    Naxçıvan Boks Federasiyasının idmançılarından Elbrus Kərimli millimizi 54 kq, Ucal Musayev isə 46 kq çəki dərəcəsində təmsil edib. Hər iki boksçu yarışı bürünc medalla tamamlayıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.06.2023 20:20