AZ EN RU

BOK 2025-2028-ci illərdə dopinqlə mübarizəyə 10 milyon dollar ayıracaq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) növbəti Olimpiya Oyunları zamanı dopinq testlərinin keçirilməsi üçün 10 milyon dollar ayıracaq.
Bunu BOK-un rəsmi nümayəndəsi Mark Adams deyib.
"BOK növbəti olimpiadalar zamanı, yəni 2025-ci ildən 2028-ci ilə qədər Beynəlxalq Test Agentliyinin inkişafına əlavə dəstək vermək üçün 10 milyon dolları məbləğində yeni maliyyə vəsaiti ayırıb", - Adams vurğulayıb.
Qeyd edək ki, bu il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Nəşr edilib : 13.06.2024 20:57