AZ EN RU

Boccia üzrə şəhər birinciliyi

    Naxçıvan Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
    Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Naxçıvan Şəhər Bölməsinin rəhbəri Arzu Zeynalov birinciliyin keçirilmə məqsədi haqqında geniş məlumat verib, idmançılara uğurlar arzulayıblar.
    Şəhər Gənclər və İdman İdarəsi və Paralimpiya Federasiyasının Naxçıvan Şəhər Bölməsinin birgə təşkil etdiyi birincilikdə Zəhra Məmmədova, Aytac Əliyeva və Rəhman Namazov müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
    Sonda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.

 Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 12.01.2023 19:26