AZ EN RU

BMT: "Xocalı faciəsi kimi hadisələrin təkrarlanmamasını təmin etməliyik"

"1992-ci ilin fevralında Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərək, dialoq və barışıq yolu ilə davamlı sülh və firavanlıq qurmaqla belə hadisələrin heç vaxt təkrarlanmamasını təmin etməliyik".

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdə yazıb.

"Faciə qurbanlarının yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm", - o bildirib.

Nəşr edilib : 26.02.2023 21:00