AZ EN RU

BMT nümayəndələri Naxçıvanda olub

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və UNDP-nin (BMT-nin İnkişaf Proqramı) beynəlxalq mütəxəssisləri, Azərbaycandakı nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında 3 günlük səfərdə olublar. 
    Səfər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib, Naxçıvan Muxtar Respublikasında birgə icra olunacaq müxtəlif layihələrlə bağlı fikir mübadiləsi aparılıb və pri­oritetlər müəyyənləşdirilib.
     Səfər iştirakçıları Zəngəzur Milli Parkında endemik fauna və flora növlərinin qorunması, tullantıların idarə edilməsi, meşəsalma, meşəbərpa tədbirləri ilə bağlı və bir sıra digər layihələr haqqında da danışıqlar aparıb, həmçinin Zəngəzur Milli Parkının işçi heyət ilə görüşüblər.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.10.2023 20:32