AZ EN RU

BMT-nin Uşaq Fondu UNİCEF in nümayəndə heyəti Naxçıvana səfər edəcək

Heyətin Naxçıvandakı görüşləri noyabr ayının 14-ü saat 10-da  başlayacaq. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 1-ci  müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və nazirliyin nümayəndə heyəti ilə görüş keçiriləcək.  Qonaqlar həmin gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Tibb Kolleci, Naxçıvan Reabilitasiya Mərkəzində də görüşlər keçirəcəklər. Noyabrın 15-dən 3 günlük təlimləra başlanılacaq.  Təlimlərdə BMT-nin Uşaq Fondu UNİCEF-in mütəxəssisləri yeni UPHV (Universal Progressive Home-Visiting) modeli üçün Naxçıvanda 1 kurator və 2 supportive superviser seçəcək,  ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, erkən uşaqlıq dövrün inkişafı yol xəritəsi, “superviziya” sosial işçilərin rolu, hamilə qadının patronajının superviziyası- Edinburq şkalası ilə depressiyanın müəyyən edilməsi, yeni doğulmuş uşağın patronajı, uşağın inkişafının monitorinqi və s. mövzularda ətraflı təlimlər keçəcəklər.

Lətafət ƏHMƏDOVA,

Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat katibi

Nəşr edilib : 14.11.2023 09:19