AZ EN RU

BMT-nin rezident koordinatoru: "COP29-da iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsait artırıla bilər"

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin artırılması haqqında qərar qəbul oluna bilər.

Bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi bu gün "Azercell Telecom"MMC-nin "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirdə deyib.

"COP29 əslində sadəcə bir konfrans deyil, bir prosesdir və bu ilki tədbirdən bəzi nəticələr gözlənilir. Bunlardan biri maliyyə məsələsidir. Belə ki, 2015-ci ildə Paris Sazişini imzalayan tərəflər üzərinə belə bir öhdəlik götürdü ki, hər il bu sahəyə ayrılacaq vəsait 100 milyard ABŞ dolları həcmində olacaq. COP29-da bu rəqəmə yenidən baxılacaq və düşünürük bu rəqəm artırılacaq. Baxmayaraq ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir qərar bütün iştirakçılar tərəfindən veriləcək",- deyə o qeyd edib.

Nəşr edilib : 10.06.2024 13:38